Öyrətməyə elə
indi başla!

Yeni kurslar yarat

graduation-hat-icon

Yeni kurslar yarat

Fərqli kurslar yaradaraq qrup dərslərindən yararlan

goal-icon

Onlayn karyera imkanları

Təlimçi profili axtarış nəticələrində görünərək yeni tələbələr cəlb edir

Təcrübəni paylaş

calendar-icon

Dərslər üçün təqvim

Şəxsi təqviminizdə iş saatlarını təyin edin və dərsləri idarə edin

clock-icon

Rahat idarə

Həyat tərzinə uyğun iş saatları: nə vaxt və nə qədər dərs deyəcəyinə özün qərar ver

Qazancını artır

money-icon

Saathesabı qiymət

Saatlıq tarifi istənilən vaxt təyin edə və dəyişdirə bilmə imkanı

secure-payment-icon

Təhlükəsiz ödənişlər

Təhlükəsiz ödəmə kanalları vasitəsi ilə birbaşa platforma hesabından bank kartına / hesabına və ya digər cüzdana pul köçürməsi

Müəllimlərimizin dedikləri

Hər zaman işlər görmək, yeniliklər etmək və insanlara məqsədlərinə çatmaqda kömək etmək üçün daha yaxşı yollar axtarırıq.

  • İstər istifadəsi, istərsə də dərs almaq istəyənlərə daha əlçatan olmaq baxımından olduqca faydalı bir platformadır. Sistemdəki funksionallıq lazımi materialların qarşı tərəflə rahatlıqla paylaşılmasına imkan yaradaraq online öyrənmənin çətinliklərini aradan qaldırır. Savadly axtardığınız iş fürsətini və xidməti evinizə gətirir. Təlimçi heyətinin üzvü olmaqdan məmnunluq duyuram!

    Sara M.
    Sara M.
  • Savadly komandasına dərin hörmətlə minnətdarlığımı bildirmək istəyirəm. Peşəkarlıq və əzmkar əmək nəticəsində ərsəyə əlverişli şəkildə istifadə edə biləcəyimiz (həm müəllimlər ,həm də tələbələr tərəfindən) online platforma yaradılıb. Materialların platformada hər zaman əlçatan olması, və tələbələrin istədikləri zaman keçdikləri mövzuları bir daha tapşırıqlar üzərində təkrar etməsi, qaranlıq qalan bir nüansda isə keçirilən dərsin təkrarına baxmaq çox böyük bir avantajdır. Sonda isə hər bir müəllimin öz dil bacarırlarını göstərmək,öz tədris metodu ilə tələbəni qısa bir video ilə yaxından tanış etmək, böyük bir üstünlükdür.

    Ulker R.
    Ulker R.
  • SAVADLY Platformasında artıq 3 aydır ki dərs keçirəm. Platformada həm müəllimlərə, həm də tələbələrə yüksək səviyyədə online dərs əldə etməyə şərait yaradılır. Burada müəllimlər özləri haqda məlumatları yerləşdirdikdən sonra, tələbələrə daha rahat seçim şansı vermək üçün videolarını da yerləşdirirlər. Beləcə tələbələr rahat şəkildə istənilən fənndən öz müəllimini seçir və dərslərə başlayırlar. Eyni zamanda gənc müəllimlərə dəstək olmaq üçün platforma rəhbərləri onların dərsləri ilə xüsusi maraqlanıb, gənc müəllimlərə müəyyən metodik məsləhətlər verirlər. Ümumiyyətlə online təhsilə qarşı insanların fikrinə bələdəm. Amma dərs dediyim müddətdə bütün tələbələr platformada olan online təhsildən razı qalıblar. Hətta onlar üçün vaxt qazancı olduğunu da bildiriblər. Dərs müddətində bütün dərs yazıldığı üçün(record olunduğu üçün) tələbə dərsə yenidən baxa bilir. Bundan da əlavə tələbə üçün müəyyən materiallar tapşırıqlar yerləşdirmək olur. Bu səbəbdən SAVADLY komandasına təşəkkürümü bildirirəm

    Leyla B.
    Leyla B.
  • "Savadly" platforması həm müəllimlər, həm də tələbələr üçün çox rahat və yararlıdır. Mən deyərdim ki, ölkəmizdə belə bir online təhsil platformasının olması çox sevindirici bir haldır. Ən əsası "Savadly" bir müəllim kimi Savadly platformasından məmnunam və burda rus dilini effektiv şəkildə tədris edə bilərəm. "Savadly" platformasının yaradıcılarına öz təşəkkürümü bildirirəm.

    Əli M.
    Əli M.
  • Savadly — это онлайн платформа нового типа, сочетающая в себе элементы классического бизнес-образования и онлайн-обучения. Находясь в любой точке мира студенты могут присутствовать на уроке и учиться новым навыкам и наукам. Я, как педагог, благодарю создателей данной платформы.

    Narmin G.
    Narmin G.
  • Qürur hissi ilə deyə bilərəm ki, SAVADLY nəinki Azərbaycanın, hətta dünyanın ən uğurlu təhsil platformalarından biridir, çünki Savadly platformasının köməkliyi ilə dünyanın istənilən yerindən tələbələr və müəllimlər online dərslərə qoşulub öz biliklərin genişləndirə və bölüşə bilirlər. Burada həm müəllimlərin, həm də tələbələrin istəklərinin ön planda olmağı ən böyük üstünlüklərdən biridir. Bu komandanın bir üzvi olmaqdan qürur duyuram və dərin teşəkkürlərimi bildirirəm.

    Nigar S.
    Nigar S.

Tez-tez soruşulan suallar

Müəllimlər üçün suallar

Tələbə üçün ilk dərs pulsuzdur?

Xeyr. Platforma bu seçimi təmin etmir. Bununla belə, tələbə, əvvəlcə, kursun keyfiyyətini yoxlamaq üçün sınaq dərsi satın ala bilər. Müvafiq kurs üzrə sınaq dərsi satın almış tələbə məmnun qaldığı halda yenidən dərsdə iştirak etmək istəyərsə, artıq dərsləri ayrı-ayrı deyil, yalnız bütöv paket şəklində satın ala bilər.

Tələbə dərs üçün ödəniş etdikdən sonra bütün vəsaiti əldə edə bilərəm?

Müəllim tamamlanmış dərslərin sayına əsasən hər növbəti ayın ilk həftəsi ödəniş əldə edəcək. Hər dərsdən sonra ödəniş əldə etmək mümkün deyil.

Ödəniş müəllimin hesabına necə daxil edilir?

Hər bir dərs, Təqvim hissəsində kurs satın alındıqdan sonra planlaşdırılır. Platforma tələbəyə avtomatik olaraq kursun təsdiqlənməsi və qiymətləndirilməsi üçün sorğu göndərir. Bunu etdikdən sonra müəllim hər növbəti ayın ilk həftəsi dərsin sayına əsasən ödəniş alır. 

Ödəniş mərhələləri hansılardır?

Tələbə kurs seçmək və ya kursun keyfiyyətini yoxlamaq üçün mövcud paketlərdən birini almaq seçiminə sahib olacaq: 1, 6, 8 və 12 saat. Tələbə platforma vasitəsilə seçdiyi dərs paketi üçün əvvəlcədən ödəniş etdikdə e-poçt ünvanınızda təsdiq əldə edəcəksiniz və kurs, yaxud həmin dərs başa çatdıqdan sonra məbləğ hesabınıza əlavə ediləcək.

İlk dərsimin müddəti nə qədərdir?

Tələbənin tam dərs saatından istifadə edib-etməməyindən asılı olmayaraq, standart olaraq bu müddət fərdi dərslər üçün 1 saat, qrup dərsləri üçün isə 1,5 saatdır. Tələbənin dərsdə iştirak müddəti ödəniş etdiyi müddətə nisbətən qısadırsa, onun üçün qalan balansdan yeni dərs əlavə edilmir.

Savadly-da qeydiyyatdan keçmək üçün nə qədər ödəniş tələb olunur?

Savadly-da qeydiyyat pulsuzdur.

Savadly-da reklam yerləşdirə bilərəm?

Başqa şirkətlər və ya digər şəxslər üçün heç bir reklam yerləşdirmirik. Saytımız müəllim və tələbələrin bir-birilərini tapmalarına kömək etmək məqsədilə yaradılmışdır.

Tələbədən necə və nə vaxt rəy ala bilərəm?

Səhifənizin aşağısında rəy yazmaq üçün hissə mövcuddur. Burada mövcud rəyləri görə bilərsiniz. Eyni zamanda Savadly Facebook hesabında da rəy vermək mümkündür. Tələbələr müəllimlərin qiymətləndirilməsi prosesində iştirak edir və bu rəylər sayəsində gələcək tələbələr özlərinə uyğun müəllim tapa bilirlər.

Tələbə platformadan kənarda ünsiyyət qurmaq üçün əlaqə məlumatlarımı istəsə, nə etməliyəm?

Tələbəyə izah edin ki, dərslərdən tutulan komissiya haqqı marketinq, proqramlaşdırma, bank işi, vergilər və platformanın təkmilləşdirilməsi üçün istifadə edilir. Savadly ailəsinin üzvü olmaq qaydalarımızı və prinsiplərimizi başa düşmək və qəbul etməklə yanaşı, bizə qarşı dürüst olmaq deməkdir.

Dərsimlə bağlı problemi necə bildirim?

Problem haqqında bildirmək üçün [email protected] mail ünvanına yaza, yaxud saytda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Eyni zamanda bizə sosial şəbəkələrdən yaza bilərsiniz. 

Planlaşdırılan dərsi keçə bilmirəmsə, nə etməliyəm?

Planlaşdırdığınız dərsin başlama vaxtından ən azı 4 saat əvvəl tələbənizə məlumat verin. Əlavə olaraq, bu müddət ərzində "Mənim Kurslarım" bölməsində dərsin vaxtını dəyişdirə və ya ləğv edə bilərsiniz.

Hesabımdan necə pul çıxara bilərəm?

Bütün kursları bitirdikdən sonra növbəti ayın ilk həftəsi ödəmə hesabınıza köçürüləcək.

Profilimi, sorğumu, dərsimi və s. yaddaşda saxlaya bilmirəm. “Yadda saxla” düyməsinə basdığım zaman heç nə baş vermir.

Brauzerinizdə problem ola bilər. Aşağıdakı brauzerlərdən birini istifadə etməyi məsləhət görürük:

  • Chrome (üstünlük verilir)
  • Firefox
  • Opera
  • Safari
  • Internet Explorer və bəzi digər brauzerlərin köhnə versiyaları veb-saytımız tərəfindən dəstəklənmir.

Reklam bloklama plaginlərindən istifadə edirsinizsə, saytın işinə mane ola biləcəyi üçün onları deaktiv etməyinizi məsləhət görürük. Brauzerinizi dəyişdirdiyiniz halda problem yenə də təkrarlanırsa, brauzerinizin keş məlumatlarını silməyi sınayın.

Yuxarıda göstərilən təlimatların heç biri kömək etmirsə, veb-səhifəni fərqli noutbukdan və ya kompüterdən istifadə etməyə çalışın.
Problem davam edərsə, problemin təsviri ilə dəstək qrupumuza müraciət edin. Əlavə olaraq, görünən səhvlərin ekran görüntülərini qeyd edin. Problemi həlli üçün sizə kömək etməkdən məmnun olarıq.

Planlaşdırılan dərsi keçə bilmədiyim təqdirdə, ödənişi tələbəyə geri qaytara bilərəm?

İstifadə olunmamış saatların ödənişi müəllimin sorğusu əsasında tələbəyə geri qaytarıla bilər.

Müəllimlər üçün Platforma Komissiyası

Savadly tələbələrlə tamamlanmış dərslərin sayından asılı olaraq, bütün dərslər üçün 39%-dən 30%-ə qədər komissiya haqqı tələb edir. Nə qədər çox dərs keçsəniz, o qədər az komissiya ödəyəcəksiniz.

Biliklərinizi və təcrübənizi pula çevirin

Heç yerə getmədən, özünüzə uyğun qrafiklə qısa zamanda gəlir əldə etməyə başlayın.

İndi başla

Tərəfdaşlarımız